22 Sentyabr 2019, Bazar - 14:14

İspaniya-2016: İkinci sərbəst yürüşlər

İspaniya-2016: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:55 - 13 May, 2016

Nahara qədər yenilikləri yoxlayan, onların effektivliklərini dəyərləndirən sürücülər nahardan sonra sazlanmaların axtarışına və təkərlərin effektivliyi və yeyilməsinin qiymətləndirilməsinə keçiblər.

F-1.az xəbər verir ki, startdan 10 dəqiqə sonra qırmızı bayraqlar peyda olub – Colion Palmerin maşınında start düzlüyünün sonunda arxa sol təkər deşilib və partlayıb. Sınmış asılqanın elementləri trasa dağılıb. Maşının təxliyəsi və qırıntıların yığışdırılması on dəqiqə çəkib. Palmer səhər də trasda işləməmişdi – onu Okon əvəz etmişdi.

Censon Battonun maşını pit-leyndə dayanıb və mexaniklər maşını boksa itələməli olublar. Rəykkönenin maşınında yanacaq sistemi ilə bağlı problemlər yaşanıb. Amma hər iki dünya çempionu boksda ləngiməyib və proqram üzrə işlərini davam etdiriblər. Esteban Qutyerres yalnız sessiyanın əvvəlində trasa çıxıb, sonra isə maşını mexaniklərə ötürüb.

Sessiyanın sonunda avtodrom üzərində buludlar toplaşıb, dördüncü döngəyə hətta bir neçə damcı da düşüb, amma yağış yağmayıb – asfalt tam quru qalıb.

Sürücülər Hard tərkibi ilə az işləyiblər, bütün diqqəti Medium və Soft tərkiblərinə yönəldiblər. Ən yaxşı nəticələr Soft tərkibində göstərilib. Protokollara Niko Rosberq başçılıq edib – 1:23.922, ən böyük məsafəni isə Daniil Kvyat qət edib – 44 dövrə. Sabah səhər məşqlər davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:23.92235
27Kimi RəykkönenFerrari1:24.176+ 0:00.25431
344Lyuis HəmiltonMercedes AMG1:24.641+ 0:00.71927
45Sebastyan FettelFerrari1:25.017+ 0:01.09535
555Karlos SaynsToro Rosso1:25.131+ 0:01.20939
63Daniel RikkardoRed Bull1:25.194+ 0:01.27237
714Fernando AlonsoMcLaren1:25.342+ 0:01.42031
833Maks FerstappenRed Bull1:25.375+ 0:01.45331
911Serxio PeresForce İndia1:25.437+ 0:01.51532
1027Niko HülkenberqForce İndia1:25.453+ 0:01.53135
1177Valtteri BottasWilliams1:25.708+ 0:01.78630
1222Censon BattonMcLaren1:25.893+ 0:01.97120
138Roman QrojanHaas1:25.899+ 0:01.97733
1420Kevin MaqnussenRenault1:26.244+ 0:02.32240
1526Daniil KvyatToro Rosso1:26.375+ 0:02.45344
1619Felipe MassaWilliams1:26.491+ 0:02.56936
1730Colion PalmerRenault1:26.770+ 0:02.84816
1894Paskal VerlyaynManor1:26.960+ 0:03.03840
1988Rio HaryantoManor1:27.252+ 0:03.33039
2012Felipe NasrSauber1:27.812+ 0:03.89040
2121Esteban QutyerresHaas1:28.205+ 0:04.2839
229Markus ErikssonSauber1:28.501+ 0:04.57942

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 521
Teqlər , , , ,
Paylaş

logo