L.Həmilton: “Startda daha güclü olmalıyıq”

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton bildiirb ki, komanda start prosedurunun yaxşılaşdırılması istiqamətində işlər görməlidir...

F-1.az xatırladır ki, Mercedes AMG komandasının sürücüləri Avstraliya yarışında çox pis start alaraq Ferrari komandasının sürücülərinin arxasına düşmüşdülər.

Daha sonra Həmilton start vaxtı bolidin sürüşdüyünü, Rosberq isə çirkli tərəfdən start aldığı üçün gecikdiyini bildirimişdi..

Lyuis Həmilton: “Əvvəl mən də Niko kimi oldum, amma daha sonra ilişmə muftasını buraxdıqda sürüşdüm və bolidi düzəldə bilmədim.

Bu elə də böyük problem deyil. Həmişə dəyişikliklər olur. Yaxşı start aldığım vaxtlarda da bu cür hallar yaşamışam.

Həmişə irəliləyirik və hədəflərimiz həmişə dəyişir. Biz hazırda bu mövzu barədə danışırıq və bu bizim prioritetlərimizdən biridir.

Ferrari-lər çox yaxşı start aldılar və çox güclü idilər. Ona görə də biz hazırda bu məsələ üzərində işləyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*