V.Bottas: Red Bull təəccübləndirdi

Mercedes komandasının sürücüsü Valtteri Bottas rəqibi Maks Ferstappenin yarış tempinə təəccüblənib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışı başladığı kimi – ikinci yerdə – başa vurub. Bottas yarış ərzində Ferstappen kimi dövrələr ata bilməyib.

Valtteri Bottas: “Məncə, Red Bull bu gün sürətli idi. Gözləyirdim ki, yarış tempimiz eyni olsun, amma onlar yarışa yaxşı nəzarət etdilər. Əlimdən gələn hər şeyi etdim, lakin ona çata bilmədim.

Yarış mənim üçün yaxşı keçdi. Səhv etmədim və maksimumu aldım. Uzun müddət idi ki, podiuma çıxa bilmirdim. Heyif ki, şampan yoxdur, ancaq yenə də yaxşıdır. Ümid edirəm ki, tətildə ailəmi görəcəm. Axırıncı dəfə nə vaxt görmüşəm, xatırlamıram.

Bu il komanda mükəmməl idi. Buna görə də ikinci yeri tutduğum üçün xoşbəxtəm. Bütün komandaya təşəkkür edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*