Rəsmən: Hamilton daha iki il Mercedes-də qalacaq

Mercedes komandası yeddiqat Dünya Çempionu Lyuis Həmiltonla daha ikiillik müqavilə imzalayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücünün müqaviləsi ilin sonunda bitəcəkdi. Yeni müqavilə üçün danışıqlar keçən aydan başlamışdı. Bunun səbəbi isə müqaviləni tez bağlmaq və Həmiltonun diqqətinin yayılmasına icazə verməmək idi. Axır ki, danışıqlar nəticə verib və tərəflər 2023-cü ilin sonuna qədər müqavilə bağlayıblar.

Qeyd edək ki, 36 yaşlı sürücü “gümüşü oxlar”ın heyətinə 2013-cü ildə qatılıb və burada altı titul qazanıb.

Lyuis Həmilton: “Bu gözəl kollektivlə doqquz ildir işləyirəm və bu, inanılmazdır. Çox həyəcanlıyam. Bir yerdə çox uğur qazandıq, amma qazanacağımız çox kubok var”.

Növbəti mövsüm Həmiltonun yanında kimin yarışacağı müəmmalıdır. Mercedes-in digər oturacağına iki namizəd – Valtteri Bottas və Corc Rassell – var. Bəs Almaniya komandası kimə üstünlük verəcək?

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*