N.Rosberq: “Lyuis artıq Şumaxerin rekordlarına göz dikib”

Sabiq Formula1 pilotu Niko Rosberq düşünür ki, Həmilton əfsanəvi Mixael Şumaxerin bütün rekordlarını qıra bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Meksikada 5-ci Dünya Çempionluğunu rəsmiləşdirib. Həmiltonun aktivində hazırda 71 qələbə var.

Niko Rosberq: “Lyuis beşqat Dünya Çempionudur və bu, inanılmazdır. Fanxioya çatmaq mükəmməl hissdir. Artıq Şumaxerin rekordlarına göz tikə bilər. İkiillik müqaviləsi var və Şumaxerlə iki çempionluq və 20 qələbə fərqləri var. Bu statistikalara iki ilə çata bilər. Hətta, mümkünsüz görünsə də, yeni rekordlar müəyyən edə bilər. Bunu etməyə motivasiyası da var. Bu il mükəmməl işlədi, çünki Ferrari daha güclü maşına sahib idi. Belə anda soyuqqanlı olmaq, bolidi təkmilləşdirmək inanılmazdır. Mövsümün ortasından sonra hər şey dəyişdi. Sebastyan və Ferrari çox səhvlər etdilər. Mercedes və Lyuis isə daha mükəmməl iş görürdülər. Buna görə də çempionat belə tez bitdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*