23 Avqust 2019, Cümə - 01:01

L.Həmilton: “Bottas Mercedes-də qalmağa layiqdir”

L.Həmilton: “Bottas Mercedes-də qalmağa layiqdir”

Müəllif: Elçin Zodorov, redaktor

11:14 - 02 İyul, 2017

Lyuis Həmilton əmindir ki, komanda yoldaşı Valtteri Bottas özünü sübut edib və Mercedes-in onunla müqaviləni uzatmaq üçün əsasları var.

F-1.az bildirir ki, cari mövsümdə finlandiyalının hesabında cəmi bir qələbə var və Toto Volff dəfələrlə qərar qəbul etmək barədə tələsmək istəmədiklərini bildirib.

Lyuis Həmilton: “Düşünürəm ki, Mercedes ailəsində uzun müddət qalmaq hüququnu qazanıb. Bildiyimə görə, Mercedes yeganə komandadadır ki, sürücünü həm də şəxsiyyət kimi qiymətləndirir. Buna görə də, ömürlük bu kollektivin bir hissəsi olursan. Valtteri də bu ailəyə daxil olmaq hüququnu əldə edib. Çünki öz vəzifələrinin öhdəsindən əla gəlir və artırmaqda davam edir. Komandada ilk mövsümünü keçirir. Artıq qalib gəlməyə imkan tapıb və komanda üçün vacib xallar toplayır. O, daha da inkişaf edəcək, sadəcə buna imkan vermək lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 10. 713
Teqlər , ,
Paylaş

logo