Çempionluğun taleyini Red Bull həll edəcək

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, növbəti yarışlarda Ferrari və Mercedes arasında gedən çempionluq uğrunda mübarizəyə təsir edə bilərlər.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümə çox pis başlayıblar və Rikkardo son yarışda Mercedes və Ferrari-dən 75 saniyə geridə qalmışdı.

Kristian Horner: “Bu mövsüm çempionluq uğrunda mübarizənin çox çətin olacağını bilirik, lakin Red Bull komandası çempionatın taleyini həll edə bilər. Bolid təkmilləşəndən sonra ön qrupda 6 sürücü mübarizə aparacaq və heç kim bir-birinə yol verməyəcək. Əsl mübarizə də onda başlayacaq. 2016-cı ilin əvvəlində də heç kim bizdən güclü olacağımızı gözləmirdi. Bunu yenidən edə bilərik. Əlimizdən gələn hər şeyi edirik. Uğurlu olacağımıza inanıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*