T.Volff: “Alonsonun da namizədliyinə baxmaq lazımdır”

Niko Rosberqin dünya çempionu titulunu qazandıqdan cəmi beş gün sonra istefa verməsi, Mercedes AMG komandasının rəhbərliyini sürücü axtarışında seytnota salıb.

F-1.az xatırladır ki, hələ bir neçə gün əvvəl Mercedes Motorsport-un başçısı Toto Volff Ferrari və McLaren komandaları üçün problem yaratmaq istəmədiyini açıqlasa da, bu gün səhər fərqli düşündüyünü dilə gətirib…

Toto Volff: “Fernando Alonsonun da namizədliyinə baxmaq lazımdır. Mən ona çox hörmət edirəm, özündə istedadı, sürəti və təcrübəni cəm edən bir sürücü kimi onu bəyənirəm. Amma hazırda onu McLaren-Honda ilə sıx bir müqavilə bağlayır. Ona görə də biz digər variantları da ölçüb-biçməliyik”.

Volff bir daha xatırladıb ki, Lyuis Həmiltonun yeni komanda yoldaşı üçqat dünya çempionu ilə eyni statusa malik olacaq: “Biz köhnə metodla, köhnə yanaşma ilə işimizə davam edəcəyik. Hər iki sürücümüz bərabər status alacaq. Biz azarkeşlərimizə borcluyuq, ona görə də sürücülərimizi birinci və ikinci nömrələrə bölə bilmərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*