T.Volff: Ən güclü heyət bizdədir

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, hazırda ən güclü sürücü heyəti onlardadır.

F-1.az xatırladır ki, komandanın sürücü heyəti yeddiqat Dünya Çempionu Lyuis Həmilton və gənc istedadlı corc Rasselldən ibarətdir.

Toto Volff: “Corc həmişə özünütənqid etməyi sevən sürücüdür. Bu da onu çempion edə biləcək xüsusiyyətlərdən biridir. Artıq baza komandasının bir hissəsidir. Bir yerdə bolidi təkmilləşdiririk.

Keçən ilin əvvəlində Corc güclü olsa da, mövsüm ərzində Lyuis gücləndi. Lakin ümumilikdə götürəndə ən güclü sürücü heyəti bizdədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*