Toto Volff: Spa trası – ən çətinlərdən biridir

Mercedes komandasının rəhbəri Toto Volf Belçika Qran Prisini maraqla gözləyir…

Toto Volff: “Son bir neçə yarış bizim güclü tərəflərimizi və hələ üzərində işləməli olduğumuz məqamları göstərdi. Maşın ilk cərgələrdə mübarizə aparmağa və çoxlu xal toplamağa imkan verir, baxmayaraq ki, biz onun potensialını həmişə reallaşdıra bilməmişik. Etibarlılıq problemləri bizə çoxlu xallar bahasına başa gəldi və çempionatda bu qədər sıx mübarizə şəraitində bu qəbuledilməzdir. Sürətin nə mənası var, əgər biz xallar qazanmırıq? Spa təqvimdəki ən çətin traslardan biridir.

Silverstounda olduğu kimi enerji paylanması mühüm rol oynayacaq, lakin trasun konfiqurasiyası öz tələblərini qoyur. Burada yarışlar adətən maraqlı alınır, lakin çox şey kvalifikasiyada həll ediləcək. Bu, yay fasiləsindən əvvəl ardıcıl iki yarışdan ibarət son seriyadır və biz tətilə yaxşı formada getmək istəyirik.

Məqsədimiz təmiz çıxış etmək, tələb olunan etibarlılığı təmin etmək və maşının imkanlarını qazana biləcəyi xallara çevirməkdir. Son vaxtlar biz çox şey itirmişik. Amma bu həftəsonudan etibarən bunun bir daha təkrarlanmaması üçün hər şeyi etməliyik”/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*