T.Volff Fettellə danışmaq istəyir

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Azərbaycan yarışında Həmiltona bilərəkdən çırpılan Sebastyan Fettellə söhbət etmək istəyir.

F-1.az xatırladır ki, Fettel təhlükəsizlik avtomobili çıxarkən, birdən yavaşlayan Həmiltona arxadan çırpılıb və daha sonra əsəbiləşərək, Həmiltona yandan zərbə vurub. Almaniyalı sürücü bu hərəkətinə görə 10 saniyə dayan və get cəzası alıb.

Toto Volff: “Hərəkətləri ilə özünü biabır etdi. Bilirsiniz. Boliddə emosiyalar yüksək səviyyədə olur. Burada Sebastyanı müdafiə etmək fikrim yoxdur. Sadəcə demək istəyirəm ki, Lyuis əyləclə bağlı test etmədi. Məlumatlarda bunu gördük. Təhlükəsizlik avtomobili 150 metr irəlidə idi. Bu səhv dəyərləndirmədir. Ona bilərəkdən vurduğunu da düşünə bilmirəm. Buna görə də onunla şəxsən danışıb, qəza haqqındakı düşüncələrini dinləmək istəyirəm.

Bir sürücü bunu əsəbi halda və bilərəkdən edirsə, cəzanın ölçüsünü düşünməliyik. O, 4 qat Dünya Çempionudur və gənclərə nümunə olmalıdır. Lider sürücü tempi idarə edə bilər. Təhlükəsizlik avtomobili hardasa 150 metr qabaqda idi və o an sürətlənməsi mümkünsüz idi. Məlumatlarda da əylənmə olmadığı görünür. Döngədən sonra ayağını qazdan çəkdi. Sebastyan da ona vurdu. Bunu deyə bilərəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*