N.Rosberq də Salt bae fləşmobuna qoşulub

Formula1 üzrə sonuncu Dünya Çempionu Niko Rosberq "Salt bae" fləşmobunun yaradıcısı Nüsrətdən duz atmağı öyrənib.

F-1.az xatırladır ki, Nüsrət sosial şəbəkələrdə etdiyi paylaşımlarla bütün dünyada məşhurlaşmış türkiyəli restoran sahibidir.

Nüsrət və Rosberq Laureus idman mükafatları mərasimində görüşüblər və türkiyəli kulinar Dünya Çempionuna nüsrətsayağı duz atmağı öyrədib.

,