L.Həmilton: “Nikodan 12 xal çox toplamaq asan olmayacaq”

Lyuis Həmilton bildirib ki, Əbu Dabidə rahatlıqla qələbə qazanıb, nələr olacağını görmək istəyir.

F-1.az xatırladır ki, Həmilton son yarışdan əvvəl çempionatın lideri Rosberqdən 12 xal geri qalır. Britaniyalı sürücü çempion olmaq üçün yarışı qazanmalı və Rosberqin podiuma çıxmamasını gözləməlidir.

Lyuis Həmilton: “Son yarışlarda ideal formadayam və bunu davam etdirmək istəyirəm. Niko bu il bütün yarışlarda finiş görüb. İspaniyadakı qəzanı saymıram. Etibarlılıq mövzusunda çox güclüdür. Buna görə də yarışda ondan 12 xal çox toplamaq asan olmayacaq. Amma bu, o demək deyil ki, mən yarışı qazanmayacam. Son 3 yarışda olduğu kimi Əbu Dabidə də işimə fokuslanıb, özümü rahatlatmaq istəyirəm. Mümkün olan ən böyük fərqi açmaq üçün əlimdən gələni edəcəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*