Əbu Dabi-2022: Həftəsonuna hava proqnozu

Əbu Dabi Qran Prisi üçün hava proqnozu yarış həftəsonu ənənəvi olaraq isti hava vəd edir...

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günündən bazar gününə kimi, gün ərzində hava +31C-yə qədər qızacaq və həftəsonunun əsas sessiyaları baş tutacaq axşama doğru +29C-yə qədər soyuyacaq.

Buludsuz səma, zəif şimal küləyi əsəcək, yağıntı ehtimalı isə yoxdur.

Ötən il də Əbu Dabi Qran Prisinin bütün sessiyaları quru trasda keçirilmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*