M.Ferstappen: Hər şeyi düz etdik

Mövsümün son yarışı Əbu Dabidə qalib gələn Maks Ferstappen bildirib ki, yarışda hər şeyi düzgün ediblər.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bütün yarışı lider apararaq, karyerasındakı 10-cu qələbəsini əldə edib.

Maks Ferstappen: “Şənbə günü çox əylənmişdim. Bu gün də yaxşı start aldıq və təkərləri yaxşı qorudum. Bolidin balansı yaxşı idi və sürməkdən həzz aldım. Hər şeyi düzgün etdim. Birinci yerdən start alanda hər şey daha asan olur.

Son dövrələrdə təkərlərlə bağlı problem yaşasam da, arxadakıların məndən daha yavaş olduqlarını gördüm. Buna görə də rahatlandım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*