S.Fettel: Trasa düz çıxmadıq

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, səhv vaxtda trasa çıxıblar.

F-1.az xatırladır ki, almaniyalı sürücü İtaliyadakı sıralanma turunda 17-ci olaraq ikinci sessiyaya qala bilməyib. Dördqat Dünya Çempionu zon cəhdində Rəykkönen, Okon, Rassell və Elbonun gerisində qalaraq vaxt itirib.

Sebastyan Fettel: “Sıralanma turunda ən böyük problemimiz çox bolidlə qarşılaşmağımız oldu. Planımız təmiz dövrə vurmaq idi. Ancaq işə yaramadı. Yaxşı dövrə vurmaq üçün özümə ideal yer tapmalı idim. Amma orada maşın çox idi. Sürücülər bir-birlərini ötməyə çalışırdılar və belə olan halda xaos yarandı. Lakin ötmə etmək üçün heç bir səbəb yox idi.

Sessiyanın sonuna az qalmışdı və hamı finişə çatmağa çalışırdı. Gərək trasa bir az gec çıxardım. Ancaq hər şey bitdikdən sonra danışmaq asan olur. Görək yarışda nə edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*