N.Lauda: “Ferrari bizi hərəkətə gətirdi”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Ferrari-nin yüksək tempi onları hərəkətə gətirib.

F-1.az xatırladır ki, mövsümün ilk 3 yarışının 2-də Ferrari, 1-də isə Mercedes qalib gəlib.

Niki Lauda: “Hazırda Ferrari-nin sürəti bizi hərəkətə gətirib. Bu oyanmağımız üçün yaxşı oldu. Çünki son zamanlar əvvəlki qələbə aclığımızdan əsər-əlamət qalmamışdı. Bəhreyndə Ferrari yarış tempində çox güclü idi. Buna tezliklə cavab verməliyik. Ferrari-nin ardıcıl qələbə qazanmasına icazə vermək olmaz. Sürücülərimizə çox güvənirik və əminəm ki, gözəl performans göstərəcəklər. Təkər ptoblemini həll etsək, qısa müddət ərzində rəqabətədavamlı ola bilərik. Mövsüm uzundur və dəqiq söz demək üçün çox tezdir. Ferrari və Mercedes-in çempionluq üçün böyük şansı var. Amma kimin qalib olacağını proqnozlaşdırmaq çətindir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*