S.Fettel: “Mercedes AMG yarışın favoritidir”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Bəhreyndə favorit Mercedes AMG komandasıdır..

F-1.az xatırladır ki, Ferrari sürücüləri Avstraliyada yaxşı start almışdılar. Hətta, Sebastyan Fettel qələbəyə doğru gedirdi, amma yarışın 18-ci dövrəsində çıxan qırmızı bayraqlar Ferrari-nin qələbəsinə mane olmuşdu -Ferrari səhv təkər strategiyası seçərək, yarışda 3-cü yeri tutmuşdu.

Amma son illərdə Ferrari Avstraliyada elə də yaxşı performans göstərə bilmirdi. Ona görə də Formula1 mütəxəssisləri Ferrari-ni Bəhreyn yarışında favorit hesab edirlər, amma Sebastyan Fettel elə düşünmür: “Keçən il biz Avstraliyada yaxşı təsir bağışlamadıq. Bu il daha güclü və rəqabətədavamlıyıq. Keçənilkindən daha yaxşı vəziyyətdəyik. Ona görə də Bəhreyndə də keçənilkindən yaxşı nəticələr qazanmalıyıq.

Bundan da güclü ola bilərik. Ancaq yarışın favoriti biz deyilik, amma bunu dəyişdirmək üçün çox işləyirik. Avstraliyada Mercedes-in həm sıralanma tempi, həm də yarış tempi çox güclü idi. Ona görə də onlar favoritdirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*