C.Rassell: Vaxt itirdik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, proqramlarını tam bitirə bilməyiblər.

F-1.az xatırladır ki, britaniyalı sürücü testlərin ikinci günündə hidrovlik probleminə görə testləri vaxtından əvvəl bağlayıb.

Corc Rassell: “Heyif ki, nahardan sonra hidrovlik problemi yaşadıq və buna görə vaxt itirdik. Tam proqramımızı bitirməsək də, gün ərzində yığdığımız problemlərlə maraqlı nöqtələrə gəldik. Bu yaxşı haldır.

Hələ W14-ün bütün potensialını ortaya qoymamışıq və hamı testlərin son günündə var qüvvəsi ilə işləmək istəyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*