V.Bottas: Quru sazlanması seçdik

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yarışa quru hava sazlanması edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Belçikadakı sıralanma turunda 8-ci olub. Macarıstan yarışının startında insidentə səbəb olan Bottas, buna görə Belçika yarışının startında yer itirərək, 13-cü yerdən başlayacaq.

Valtteri Bottas: “Sazlanmamız yağışlı havaya görə deyildi. Komanda olaraq aşağı asfaltla ilişməni seçdik. Ümdi edirəm ki, yarış quru havada olar. Bunun hesabına ötmələr edə bilərik. Amma üçlüyə düşməli idim. Lyuis də üçlüyə düşdü. Pitdən çıxarkən trafikdə qaldım və ön təkərlərin temperaturu düşdü. Son cəhdimdə isə təkərləri blokladım. Buna görə zaman nəticəm zəif oldu.

Əsasən yarışı düşünürdüm. Yarışda düzlüklərdə bizim üstünlüyümüz olacaq. Bu, bizə kömək etməlidir. Yağışlı havada düzgün təkər seçmək vacibdir və düşünürəm ki, komanda səhv qərar qəbul etmədi. Əgər yarışda da hava yağışlı olsa, işimiz çətin olacaq. Ancaq önə keçmək üçün fürsətlərimiz olacaq. Düzdür, 13-cü yerdən başlamaq elə də yaxşı deyil. Yarışda hər şey ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*