K.Rəykkönen: Hava dəyişkən idi

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, hava şəraiti tez-tez dəyişib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Bəhreydəki qış testlərinin ilk günündə 64 dövrə vurub və 1.33.320 zaman nəticəsi göstərib.

Kimi Rəykkönen: “Boliddəki ilk günüm idi və buna görə də problem yaşamamaq yaxşı oldu. Hava küləkli idi və şərait hər döngə dəyişirdi. Amma bu, hamı üçün eynidir.

Həmişəki kimi bir test günü idi. Fərqli şeylər sınadıq və hər şey planlaşdırdırdığımız kimi getdi. Lakin dəqiq söz demək üçün ilk yarışı gözləməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*