S.Fettel: “Silverstoun xüsusidir”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel növbəti Silverstoun yarışının çox xüsusi olacağını deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Britaniya Qran Prisində iki dəfə qalib gəlib.

Sebastyan Fettel: “Silverstounda yarışmaq istənilən sürücü üçün xüsusi haldır. Çünki mükəmməl trasdır. Sürətli hissələr çoxdur. Bundan başqa texniki trasdır. Düzünü desəm, trasın köhnə və sürətli hissələrini daha çox sevirəm. Maggots, Becketts və Chapel Formula1-dəki ən maraqlı döngə ardıcıllığıdır. Bütün sürücülər bu hissədə əylənir. Ən azından mən çox əylənirəm. Keçən il burada qələbə qazandıq. Ferrari tarixindəki ilk qələbəni də burada əldə edib”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*