K.Sayns: Doğru yöndə addımlayırıq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, doğru yöndə addımlayırlar.

F-1.az xatırladır ki, Ferrari son iki yarışda yaxşı performans göstərir. “Qırmızılar” sonun Avstriya yarışında yenidən podiuma qayıda biliblər. İtalyanların bu performansından sonra əksəriyyət düşünür ki, onlar Red Bull ilə olan fərqi artıq bağlayırlar.

Karlos Sayns: “Bilmirəm. Bunları dəyərləndirmək üçün Silverstoun kimi açıq və küləkli bir trasa ehtiyacımız var. Sizə bir onu deyə bilərəm ki, Avstriyada maşın həm vahid dövrədə, həm də yarışda güclü idi. Buna görə də təmkinli davranıram və təhlil aparmaq üçün mövsümün növbəti yarışlarını gözləyirəm. Ancaq komandanın son yarışlardakı işindən qürur duyuram.

Yarışda maşının zəif yerlərini və bunları necə təkmilləşdirəcəyimizi anlamaq üçün bur neçə test etdim və bu tesrlər bizə inkişaf üçün yön verdilər. Deyəsən indi bunun qarşılığını almağa başlayırıq.

Doğru yolda olduğumuzdan əminəm. Ancaq dediyim kimi bir az da testlərə ehtiyacımız var. Bəlkə bizim üçün bir az çətin olacaq, amma dəyərləndirmə aparmaq üçün küləkli trasda keçən həftəsonuna ehtiyacımız var”.

Karlos Sayns əlavə edib ki, boliddəki təkər və stabillik problemi bir-birinə bağlıdır: “Qeyri-stabillik həm yarış tempinə, həm də təkər yeyilməsinə təsir edir. Ancaq Avstriya daha yaxşı idi. Çirkli hava da bizə çox təsir edir. Gördüyünüz kimi düzəldiləsi çox şey var.

GPS məlumatlarına baxanda görürük ki, Avstriyada yüksək sürət cəhətdən öndəki komandalara yaxınlaşmışıq. Vəziyyər Barselonadakından yaxşıdır. Ancaq hələ də Red Bull səviyyəsində deyilik.

McLaren belə yüksək sürətli döngələrdə bizdən sürətli idi. Amma Barselonadakı kimi yüksək sürətli döngələrdə sonuncu yerdə deyildik. Yəni ki, inkişaf etmişik. Doğru anlayışımız var və doğru yeniliklər gətiririk. Əgər bunları davam etdirsək və bu yöndə getsək, tezliklə mövsümdə hər şeyi tərsinə çevirə bilərik”.

Qeyd edək ki, ispaniyalı sürücü bu mövsüm hələ də podiuma yüksələ bilməyib. Eyni zamanda karyerasının yeganə qələbəsini keçən il burada qazanıb. 29 yaşlı sürücü burada yenidən fəxri kürsüyə çıxa biləcək?

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*