Sürücülər yeni sıralanma turu formatını tənqid ediblər

Ferrari komandasının sürücüsü Sebastyan Fettel son iki yarışda tətbiq edilən yeni sıralanma turu formatını tənqid edib...

F-1.az xatırladır ki, Formula1-in rəhbəri Berni Ekklstoun və Jan Todt yeni ortaq məxrəcli sıralanma formatını sürücülərə təqdim ediblər. Yeni formata əsasən sürücülər iki dəfə sürətli dövrə vuracaqlar və bu dövrələr toplanılıb, sonra ikiyə bölünəcək. Alınan nəticəyə görə sürücülərin sıralanması təyin ediləcək.

Sebastyan Fettel: “Artıq sirkə getmək vaxtıdır. Əgər siz təsadüfi hadisələrlə qarşılaşmaq istəyirsinizsə, ən yaxşı yer oradır, amma bura Formula1-dir və Formula1-də yarış olmalıdır. Bu, ideya deyil, ifrazdır”.

Bu sistem Formula1 üçün yeni deyil. Əgər yadınızdadırsa, 2005-ci ildə də bu sistemdən istifadə edilirdi. Sürücülər şənbə və bazar günləri bir dövrə atırdılar. Daha sonra bu dövrələrin toplamı ikiyə bölünürdü və sıralanma müəyyən olunurdu. Amma bu sistemin ömrü çox olmadı və 6 yarışdan sonra ləğv olundu.

Red Bull komandasının sürücüsü Daniel Rikkardo da yeni sistemi tənqid edib: “Sıralanma turu bir dövrədən ibarət olmalıdır, mükəmməl bir dövrədən.

Dövrələri toplamaq dözümlülüyü yoxlamaq kimi olar. Bu sistemi dəstəkləmirəm”.

McLaren komandasının sürücüsü Censon Batton bildirib ki, mövcud formatı ləğv etmək lazımdır və bu formatın yerinə nə olsa, onu dəstəkləyəcək: “Bunu etməliyik. Dediklərim bu qədərdir. Qətiliklə deyə bilərəm ki, hazırkı sistemdən yaxşı olacaq. Məncə, nə olursa-olsun bu sistemdən yaxşı olacaq.

Hətta sürücülərin bir gözünü bağlayıb dövrə vurması da hazırkı sistemdən daha yaxşıdır”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*