M.Brandl: Ferrari Saynsı almalıdır

Sabiq Formula1 sürücüsü MArtin Brandl bildirib ki, Ferrari Sebastyan Fettelin əvəzinə Karlos Saynsı transfer etməlidir.

F-1.az xatırladır ki, almaniyalı sürücünün Ferrari ilə müqaviləsi ilin sonunda başa çatacaq. Hazırda tərəflər danışıqlar aparsalar da, İtaliya komandası digər alternativləri də dəyərləndirirlər. Bəzi iddialara əsasən Ferrari komandası Karlos Sayns və ya Daniel Rikkardonu heyətinə qatmaq istəyir.

Martin Brandl: “Saynsın müqaviləsi bitir və McLaren artıq Ferrari-nin ona olan marağından qorxmalıdır. Karlosda qələbə qazanmaq istəyən zehniyyət var və bu, ona Ralli üzrə ikiqat Dünya Çempionu olan atasından keçib. Toro Rosso-da yarışarkən nəticələri demək olar ki, Ferstappenə bərabər idi. Ancaq iki oğul və iki ata arasındakı davanın qarşısını almaq üçün tədbir gördülər. Ferstappeni seçdilər, lakin Karlos əla komanda yoldaşı idi.

Fettel ilin sonunda Ferrari-dən ayrılsa, onların iki alternativi var: Saysn və Rikkardo.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*