K.Sayns: “Podium mübarizəsi mümkünsüzdür”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, bu mövsüm podiuma yüksəlməsi çox çətin olacaq.

F-1.az xatırladır ki, Karlos Sayns 2016-cı ildə mükəmməl performans göstərmiş və adı Ferrari, Mercedes və Renault ilə hallanmışdı. Amma Red Bull-un rəhbərliyi ispaniyalı sürücünü heç bir yerə buraxmamış və daha bir il Toro Rosso-da saxlamışdı.

Karlos Sayns: “Hazırda podium barədə danışmaq qeyri-mümkündür. Mövsüm ərzində ən böyük hədəfimiz McLaren Honda ilə mübarizə aparmaq olacaq. Bu da çətin məsələdir, çünki resursları daha çoxdur və buna görə üstünlük qazanacaqlar. Ümid edirəm ki, Toro Rosso ön qrupdakı 4 komandadan sonra gələr. Məncə, bu komandalar Red Bull, Mercedes, Ferrari və McLaren olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*