K.Sayns: Yaxşı ki, zədələnmədik

McLaren komandasının sürücüsü Karlos Sayns qəzalarda heç kimin yaralanmamasına təəccüblənib.

F-1.az xatırladır ki, yarışın restartında Bottas arxadakı rəqiblərini ləngitmək istəyərkən, arxadakı sürücülərin qəzasına səbəb olub. Kevin Maqnussen, Antonio Covinatsi Karlos Sayns üçlüyü qəza edərək mübarizəni dayandırıblar.

Karlos Sayns: “Yaxşıyam. Heç kimin zədələnməməsi yaxşıdır. Əsas məsələ budur, çünki qəza çox təhlükəli idi. Hamı elə bildi ki, yarış başlayıb və sürət 290 km/saata çıxdı. Amma sonra yarışın başlamadığı anlaşıldı və hamı əyləcə basdı. Mən də bunu gec anladım və tam sürətlə rəqibə çırpıldım.

Diqqətli olmaq lazımdır, çünki start-finiş düzlüyündə sürət çoxdur və daha ciddi qəza ola bilərdi. 290 km/saatla gedərkən, önünüzdə 3 maşının dayanması yaxşı hal deyil.

İlk startda yaxşı başladım və Racing Point sürücülərindən birinə çatdım. Amma bolidimə kiçik təmas oldu və yerimdə fırlandım. Bundan sonra risk alsam da, qarşılığı olmadı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*