K.Sayns: “Red Bull-a keçmək üçün hər şey edirəm”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Red Bull-a transfer olunmaq üçün əlindən gələn hər şeyi edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakoda mükəmməl performans göstərərək, yarışı 6-cı yerdə bitirmişdi. Beləliklə, 22 yaşlı sürücü cari mövsümdə xallarının sayını 25-ə yüksəldərək, Sürücülər Çempionatında 8-ci pilləyə yüksəlib.

Karlos Sayns, şübhəsiz, top komandalardan birində yarışmaq istəyir, lakin Red Bull komandasında həm Rikkardonun, həm də Ferstappenin müqaviləsi 2018-ci ilin sonunda bitir və buna görə də işlər çətinləşir.

Karlos Sayns: “Etdiklərimi yenə edəcəm və görək sonra necə olacaq. Özüm üçün performans göstərməyə davam etməliyəm. Red Bull komandasına göstərməliyəm ki, mən sürətliyəm.

Hazırda bizim üçün 7-ci yer qələbəyə bərabərdir. Monakoda Mercedes-lərdən birini geridə qoyaraq, 6-cı olduq və sevincliyik. Monte Karloda sürücülər daha çox parlamaq istəyirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*