R.Braun: “Ferrari işləməlidir”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Ferrari çempion olmaq üçün çox işləməlidir.

F-1.az xatırladır ki, “qırmızılar” Barselona testlərində sürətli olsalar da, mövsümün ilk üç yarışında eyni performansı göstərə bilməyiblər.

Ross Braun: “İlk üç yarışdan sonra gördük ki, Ferrari rəqibi Mercedes-lə mübarizə aparmaq üçün çox iş görməlidir. Binotto və komandası bunu etməlidirlər. Binottonu tanıyıram və əminəm ki, hazırda bunun üzərində işləyir.

Həyəcanı artırmaq üçün ilk onluqdakı sürücülərə sürətli dövrəyə görə bir xal vermək qərarını çıxardıq. Bu cəhətdən Çin yaxşı idi. Altılıq məlum idi. Altıncı yerdəki Pyer Qasli arxasındakı Rikkardodan çox öndə idi. Red Bull komandası da bu fərqdən istifadə etdi. Fransalı sürücünü Soft təkərlərlə trasa qaytardılar. Bundan əvvəl digər sürücülər də bunu dəyərləndirmək istəyirdi. Amma riskə getmədilər. Bu, fanatları razı salmaq üçün idi və əla işlədi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*