M.Şumaxer Ferrari-ni seçib?

Belə görünür ki, Mik Şumaxer artıq seçimini edib və Ferrari Sürücü Akademiyası ilə müqavilə bağlayıb.

F-1.az xatırladır ki, əfsanəvi sürücünün oğlu üçün Ferrari və Mercedes komandaları elçi düşüblər. İtaliya mətbuatı xəbər verir ki, 19 yaşlı sürücü “qırmızılar”ı seçib.

Xatırladaq ki, Mikin atası Mixael 7 çempionluqdan 5-ni Ferrari-də qazanmışdı və idmanın ən böyük əfsanəsinə çevrilmişdi.

Bəzi iddialara əsasən, Mik bu il Toro Rosso ilə Formula1-də debüt etməli idi. Lakin almaniyalı sürücü Prema komandası ilə Formula2-də yarışmağı seçib. Qeyd edək ki, daha əvvəl Esteban Okon, Antonio Covinatsi və Şarl Lekler kimi sürücülər Formula2 seriyasında Prema komandası ilə yarışıblar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*