RƏSMƏN: Frederik Vassyör Ferrari komandasının yeni başçısıdır

Ferrari şirkəti Formula1 komandasının icraçı direktoru və komanda rəhbəri vəzifəsinə Frederik Vassyörün təyin edildiyini açıqlayıb.

F-1.az xəbər verir ki, fransız mütəxəssis Mattia Binottonu əvəzləyəcək və 2023-cü il yanvarın 9-dan vəzifəsinin icrasına başlayacaq.

Ferrari Frederik Vassyörün rəhbərlik etdiyi üçüncü Formula1 komandası olacaq. 2016-cı ildə o, Renault şirkətinin zavod komandasına başçılıq edib, 2017-ci ildən isə hazırda Alfa Romeo adı altında fəaliyyət göstərən Sauber Motorsport-da oxşar vəzifəni tutub.

Benedetto Vinya, şirkətin icraçı direktoru: “Biz Fred Vassyörü Ferrari-də komanda başçısı kimi salamlamaqdan məmnunuq. Bütün karyerası boyunca o, bacarıqlı mühəndisin texniki güclü tərəflərini sürücüləri və komandanın əməkdaşlarını həvəsləndirmək üçün ardıcıl bacarığı ilə uğurla birləşdirib. Onun liderlik keyfiyyətləri bizə Ferrari-ni yeni enerji ilə irəli aparmağa kömək edəcək”.

Frederik Vassyör: “Skuderiya Ferrari-yə rəhbərlik edə bildiyim üçün çox xoşbəxtəm – bu, mənim üçün böyük şərəfdir. Mən bütün həyatım boyu avtoidmanla məşğul olmuşam, burada isə Ferrari həmişə yarış dünyasının zirvəsində olub.

Mən Maranelloda istedadlı və həqiqətən ehtiraslı komanda ilə işləməyi səbirsizliklə gözləyirəm ki, Skuderiyanın tarixini və irsini xatırlayaraq, bütün dünya azarkeşlərimizi sevindirmək istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*