M.Brandl: “Ferrari düz eləmir”

Məşhur Formula1 şərhçisi Martin Brandl bildirib ki, Ferrari-nin sürücüsü Leklerə verdiyi əmrlər doğru deyil.

F-1.az xatırladır ki, monakolu sürücü bu il ilk üç yarışda dördqat Dünya Çempionu komanda yoldaşı Fetteldən üstün olsa da, Ferrari onu komanda əmrləri ilə geriyə salır. Çində Leklerə üçüncü dəfə əmr verən Ferrari həm də səhv taktika ilə gənc sürücünün yarışını məhv etmişdi.

Martin Brandl: “Hamı Fettelin Çində sürətli olduğunu düşünürdü. O Leklerin hava kisəsində olan zaman Mercedes sürücüləri fərqi artıraraq gedirdilər. Komanda bir tədbir görməli idi. Leklerdən yol verməsini istədilər. Təbii ki, bu hal monakolu sürücü üçün pis idi. Özü də iki həftə əvvəl bolidin etibarsızlığına görə qələbəni əldən verəndən sonra. Komanda onun həvəsini öldürməməli və onu dəstəkçi kimi görməməlidir. Bu hal insana psixoloji cəhətdən təsir edər və geridönüş etmək asan olmaz.

Ferrari bu il komanda əmrlərini açıq formada edir. Üstünlüyü daha təcrübəli Fettelə verirlər. Tənqidlərdən qaçmaq üçün bunu edirlər. Lakin problemi belə həll etmək olmaz. Lekler hər cəhətdən Fettelə bərabərdir. Debütant olsa da, heç nədən təsirlənmir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*