M.Ferstappen: Sürətli idik, Şarlın isə bəxti gətirmədi

F-1.az xəbər verir ki, niderlandlı sürücü Fransa Qran Prisinin qalibi olaraq mövsümdə 7-ci zəfərini əldə edib. Şarl Leklerin finişə çatmaması ilə xal fərqi 63-ə yüksəlib.

Maks Ferstappen: “Startdan sonra tempim yaxşı idi və Şarla təzyiq göstərdim. Lakin bu trasda rəqibi yaxından təqib etdikdə, xüsusilə də belə isti havada təkərlər çox qızır. Ötüb keçməyə 11-ci döngədə yalnız bir dəfə fürsət oldu, amma alınmadı. Sakit olmağa və onun çox irəli getməsinə imkan verməməyə çalışdım. Daha tez pit-stop etdim, lakin sonra hadisələrin necə inkişaf edəcəyini bilmirdik. Şarlın bəxi gətirmədi. Ümid edirəm ki, yaxşıdır. O dayandıqdan sonra yarışaliderlik etdim və təkərləri nəzarətdə saxladım.

Burada pit yolu çox uzundur, buna görə də ikinci dəfə təkər dəyişmədik, trasda qalmalı oldum. Təkərlər çox köhnəlmişdi, əsas vəzifəm onların vəziyyətinə nəzarət edərək finişə çatmaq idi. Hər yarışda mümkün qədər çox xal toplamağa çalışıram. Bəzən bir şans yaranma ümidi ilə gözləmə mövqeyini tutursan – mən də belə etdim. Mövsümün sonuna hələ çox var, ona görə də xal qazanmaq vacibdir. Bu baxımdan əla gün keçirdik. Çempionatdakı xal vəziyyəti ilə maraqlanmıram. Tək dövrələrdə daha sürətli olmalıyıq, bunun üçün çalışmağa davam edirik. Asfaltayatma qüvvəsində Ferrari-dən geridəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*