Rəsmən: Lekler cərimələnib

Ferrari komandasının sürücüsü Şarl Lekler bu mövsüm artıq 3-cü elektron idarəetmə blokuna keçdiyi üçün cərimələnib.

F-1.az xatırladır ki, Bəhreyn yarışına bir neçə saat qalmış komanda Leklerin güc qurğusunda problem aşkarlamışdı. Buna görə də yarışdan əvvəl monakolu sürücünün maşınında elektron idarəetmə blokunu və akkumulyator batareyasını dəyişmişdilər.

Lakin monakolu sürücü yarışın 40-cı dövrəsində mübarizəni dayandırmalı olmuşdu. Aparılan araşdırmalardan sonra məlum olmuşdu ki, elektron idarəetmə bloku yenidən sıradan çıxıb.

Bu isə o deməkdir ki, Lekler maşınına üçüncü blok quraşdırılacaq. Bir mövsüm ərzində cəmi iki blokdan istifadə oluna bilər. Buna görə də 25 yaşlı sürücüyə Ciddə yarışının startında 10 yer itirmək cəzası verilib.

Frederik Vassyör: “Heyif ki, elektron idarəetmə blokunda iki dəfə problem yaşadıq. Belə halla keçmişdə üz-üzə gəlməmişdik. Ümid edirəm ki, həll etmişik, amma Ciddədə cəza alacağıq, çünki mövsüm ərzində iki blokdan istifadəyə icazə verilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*