Ş.Lekler: “Yanaşmamı dəyişəcəm”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, keçənilki səhvlərindən dərs çıxarıblar.

F-1.az xatırldır ki, monakolu sürücü keçən il Ferrari ilə ilk mövsümünü keçirsə də, möhtəşəm performans göstərərək, hamının diqqətini cəlb etmişdi.

Şarl Lekler: “Bu il yanaşmam fərqli olacaq. Çünki komandanı və bolidi artıq tanıyıram. Bu mövsüm yeni boldimiz var. Bu keçənilki bolidin təkmilləşmiş versiyasıdır. Bütün komanda daha yaxşı iş görmək üçün çox işlədi. Bu il ciddi mübarizə gözləyirik və sükan arxasına keçmək üçün səbirsizlənirəm. Formada qalmaq üçün dağlarda məşq elədim. Çəkimi azaltmalı idim və buna görə dadlı yeməklərdən imtina etdim.

Psixoloji cəhətdən isə yanaşmam çox da dəyişməyib. Əlimdən gələni etməyə çalışacağam və bunun üçün komandayla birgə bolidin inkişafı üçün işləyəcəm. Səhvlərimdən dərs çıxarıb öyrənməyə çalışacam. Bu il performansımı yaxşılaşdırmaq üçün çox işlədim və mövsümün yaxşı keçməsi üçün hər şey edəcəm. Yaxşı iş görsəm, nəticə qazanaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*