Rəsmən: Karlos Sayns daha iki il Ferrari-də yarışacaq

Ferrari komandası sürücüsü Karlos Sayns ilə daha ikiillik müqavilə imzalayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün müqaviləsi ilin sonunda bitirdi. Buna görə də tərəflər yeni müqavilə üçün danışıqlar aparırdılar.

Karlos Sayns keçın il xal hesabında Şarl Lekleri geridə qoymuşdu. Bunna görə də Ferrari gənc sürücü ilə müqaviləni uzatmaq istəyirdi. Danışıqlar bu gün məntiqi sonluğunu tapıb və 27 yaşlı pilotun daha iki il Ferrari ilə yarışacağı məlum olub. Sayns “şaxə qalxan atlar”la 2 illik müqavilə bağlayıb. Beləliklə o, 2024-cü ilə qədər Ferrari-də qalacaq.

Karlos Sayns: “Ferrari ilə olan müqaviləni uzatdığım üçün sevincliyəm. Ferrari yarışmaq üçün ən yaxşı komandadır. Onlarla keçirdiyim bir ildən sonra deyə bilərəm ki, Ferrari tayı-bərabəri olmayan komandadır. Maranelloda ilk mövsümüm əla keçdi və bütün komanda inkişaf edirdi. İşlərimizin nəticəsini indi görürük.

Yeni müqavilə mənə inam gətirəcək. Əlimdən gələni edəcəm ki, azarkeşlər xoşbəxt olsunlar. F1-75 ilə ilk qələbəmi qazana bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*