18 Dekabr 2018, Çərşənbə axşamı - 00:14

S.Markionne: “Formula1 elektron nəsil üçün işləməlidir”

S.Markionne: “Formula1 elektron nəsil üçün işləməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:27 - 20 Aprel, 2016

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, Formula1 idarəçiləri idmanı sosial şəbəkələrdə tanıtmaq üçün daha çox işləməlidirlər.

F-1.az xatırladır ki, Formula1 internet dünyasında digər idman növlərinə nisbətən daha passivdir. Amerikanın idman növləri sosial şəbəkələrdən daha yaxşı istifadə edirlər və gənc nəsli özünə daha çox cəlb edirlər.

Sercio Markionne bildirib ki, Formula1 gənc nəslin tələblərini qarşılamalıdır. Yoxsa, onları idmandan uzaqlaşdırmaq gələcəkdə böyük problemlərə yol aça bilər. Formula1-in qarışıq qaydaları bu problemin böyüməsinə səbəb olur.

Sercio Markionne: “Bir kompüter aldığınız zaman onun funksiyalarının sayını soruşmursunuz. Sizə maraqlı olan onun gücüdür.

Əgər mən güc qurğusunun necə istehsal edildiyini danışmağa başlasam, bu saatlarla davam edəcək və hamınızın ürəyi çəkiləcək.

Azarkeşlər üçün bəzi şeyləri sadələşdirmək lazımdır. Qaydalar çox qarışıqdır. Xüsusən də gənclərin rəğbətini qazanmaq üçün onlara yaxın olmalıyıq

Ancaq bununla gərək FOM maraqlansın. Sosial şəbəkələrə fikir vermək lazımdır. Gənclərin istədiklərini etməsəniz, onlar sizin üçün əlçatmaz olacaqlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 350
Teqlər ,
Paylaş

logo