Britaniya-2021:Yarış

Builki Britaniya Qran Prisi həqiqətən bənzərsizdir - tarixdə ilk dəfə həftəsonunun proqramına sprint yarışı daxil edilib. Dünən tribunalarda 90 min azarkeş var idisə, bu gün yarışa baxmaq üçün gələn 140 min nəfər pandemiya başlayandan bəri olan tamaşaçı rekordunu yeniləyib.

F-1.az xatırladır ki, cümə günü ilk sərbəst yürüşlərdə Maks Ferstappen hamıdan sürətli olub. Axşam daha sərin havada baş tutan sıralanma turunda isə Lyuis Həmilton hamını üstələyib. Niderlandlı sürücü dünənki sərbəst yürüşlərdə də protokollara başçılıq edib. Onun uğurlu çıxışı bununla bitməyib – tarixin ilk sprint yarışında Həmiltonu startdaca üstələyərək liderliyə yüksəlib, sona qədər birinciliyini qoruyaraq növbəti poulunu əldə edib.

Yarışa sprint yarışındakı qəzadan sonra pit yolundan başlayacan Peres sərt, qalan bütün sürücülər orta təkərlərlə başlayıblar.

Birinci cərgədən Ferstappen və Həmilton, onların arxasından Bottas və Lekler, üçüncü cərgədən isə Norris və Rikkardo start alıblar.

Startda Ferstappen liderliyini qoruyub, Lekler Bottası ötüb. Rəykkönen 3 pillə irəliləyərək onuncu yerə yüksəlib. Həmilton Maksa hücumlar edib. Doqquzuncu döngədə bu hücumlar insidentlə nəticələnib – Lyuis daxili radiusu tutub, hər iki sürücü ayağını qaz pedalından çəkməyib, toqquşma nəticəsində Ferstappen trasdan çıxaraq sərt şəkildə bariyerlərlə toqquşub. Yarış dərhal qırmızı bayraqlarla dayandırılıb.

Hamı pit yoluna yönəlib və maşınları tərk edib. Marşallar Maksın maşını təxliyə edildikdən sonra zədələnmiş bariyerin bərpası üçün çalışıblar. 51G təzyiqə məruz qalmış Ferstappen dərhal xəstəxanaya göndərilib, lakin səhhətində hansısa problem aşkar edilməyib.

Fasilə uzun olub, yalnız 35 dəqiqədən sonra restart verilib. Həmilton insidentə görə 10 saniyə itirməklə cəzalandırılıb. Yenidən start verilib, Lekler liderliyini qoruyub, Norris isə Bottası üstələyib. Fettel yerində fırlanıb, Stroll Rəykköneni keçib. 5-ci dövrədən sonra ilk onluq: Lekler – Həmilton – Norris – Bottas – Rikkardo – Alonso – Sayns – Stroll – Okon – Covinatsi.

Sayns 6-cı dövrədə Alonsonu qabaqlayıb. Sonuncu yerdən start alan Peres 12-ci yerə qədər yüksəlib. Leklerin maşınının mühərrikinin işləməsində fasilələr yaranıb, monakolu sürücü dərhal mexanikin məsləhətlərini yerinə yetirərək problemi aradan qaldırıb. Qasliyə trasın hüdudlarını pzoduğu üçün ağ-qara bayraq göstərilib. Fettel, Rəykkönen, Peres və Rassell 19-cu, Okon və Latifi 20-ci, növbəti iki dövrədə isə Rikkardo və Norris pit-stop edib. Lando pit-stopda gecikdirilib.

Peres Okon və Rəyyköneni keçib. Bottas 23-cü dövrədə təkərlərini dəyişib. Stroll, Covinatsi, Alonso, Şumaxer və Mazepin də pit-stop dalğasına qoşulublar. Həmilton yeni təkərlərə 28-ci dövrədə keçib və 10 saniyəlik cəzasını ödəyərək trasa beşinci yerdə qayıdıb.

Sayns və Qasli 29-cu dövrədə pit-stop ediblər, Sayns da pit-stopda gecikdirilib. Lekler 30-cu dövrədə pit yoluna yönəlib və liderliyini qoruyaraq trasa qayıdıb. Qasli Okonu keçib, Həmilton isə Norrisi geridə qoyaraq üçüncülüyə yüksəlib. 32-ci dövrədən sonra ilk onluq: Lekler – Bottas – Həmilton – Norris – Rikkardo – Sayns – Alonso – Stroll – Peres – Qasli.

Bottas Leklerə yaxınlaşa bilməsə də, Həmilton onunla olan fərqi azaldıb. Peres 39-cu dövrədə ikinci pit-stopunu edib. Bottas 40-cı dövrədə Həmiltona yol verib. Bir dövrə sonra Fettel mexaniki problemlərə görə boksa gəlib və yarışı yarımçıq saxlayıb.

Həmilton Leklerlə fərqi sürətlə azaldıb. Qaslinin təkəri deşilib və o dərhal pit-stop edib. Red Bull Peresi sürətli dövrə üçün yenə təkər dəyişməyə çağırıb. Lyuis 50-ci dövrədə səhvə yol verən Şarlı qabaqlayaraq liderliyə yüksəlib.

Lyuis Həmilton mövsümdə 4-cü, Silverstounda 8-ci, karyerasında isə 99-cu qələbəsini qazanıb. Şarl Lekler ikinci olaraq bu mövsüm ən yaxşı nəticəsində imza atıb. Podyumu Valtteri Bottas tamamlayıb.

Mövsümün ilk hissəsi iki həftə sonra Hunqarorinqdə keçiriləcək yarışla başa çatacaq…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:58.23.284 2
2 16 Şarl Lekler Ferrari + 0:03.871 2
3 77 Valtteri Bottas Mercedes AMG + 0:11.125 2
4 4 Lando Norris McLaren + 0:28.573 1
5 3 Daniel Rikkardo McLaren + 0:42.624 1
6 55 Karlos Sayns Ferrari + 0:43.454 2
7 14 Fernando Alonso Alpine + 1:12.093 2
8 18 Ləns Stroll Aston Martin + 1:14.289 2
9 31 Esteban Okon Alpine + 1:16.162 2
10 22 Yuki Tsunoda AlphaTauri + 1:22.065 1
11 10 Pyer Qasli AlphaTauri + 1:25.327 2
12 63 Corc Rassell Williams +1 dövrə 2
13 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 2
14 6 Nikolas Latifi Williams +1 dövrə 2
15 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 2
16 11 Serxio Peres Red Bull +1 dövrə 3
17 9 Nikita Mazepin Haas +1 dövrə 2
18 47 Mik Şumaxer Haas +1 dövrə 2

 

Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:28.617 (51-ci dövrə, 239.317 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRAN:

Sürücü Komanda Dövrə Səbəb
Maks Ferstappen Red Bull 1 qəza
Sebastyan Fettel Aston Martin 41 soyutma sistemi

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 33 Maks Ferstappen Red Bull Racing 185
2 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 177
3 4 Lando Norris McLaren Racing 113
4 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 108
5 11 Serxio Peres Red Bull Racing 104
6 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 80
7 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 68
8 3 Daniel Rikkardo McLaren Racing 50
9 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 39
10 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 30
11 14 Fernando Alonso Alpine F1 Team 26
12 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 18
13 31 Esteban Okon Alpine F1 Team 14
14 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 10
15 7 Kimi Rəykkönen Alfa Romeo Racing ORLEN 1
16 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Red Bull Racing Honda 289
2 Mercedes AMG Petronas F1 Team Mercedes 285
3 McLaren F1 Team Mercedes 163
4 Scuderia Ferrari Mission Winnow Ferrari 148
5 Scuderia AlphaTauri Honda Honda 49
6 Aston Martin Cognizant F1 Team Mercedes 48
7 Alpine F1 Team Renault 40
8 Alfa Romeo Racing ORLEN Ferrari 2
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*