Ş. Lekler: MErcedes və Red Bull əlçatmazdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Mercedes və Red Bull-a çatmaq çətin olacaq.

F-1.az xatırladır ki, monakolu sürücü İmoladakı sıralanma turunda mükəmməl dövrə vuraraq,4-cü olub.

Şarl Lekler: “Boliddən razıyam, amma sürətli dövrəmi bəyənmədim. 14 və 15-ci döngələrdə porebriklərdən səhv istifadə etdim və vaxt itirdim. Bu da nəticəyə təsir etdi. Lakin üçüncü yeri tutmaq üçün lazımi tempimiz yox idi. Performansımdan razı olsam da, daha çox işləməliyəm. Lando əla dövrələr vurdu. Məncə, McLaren yaxşı performans göstərdi. Onlarla mövsüm ərzində çətin mübarizəmiz olacaq. Buna hazır olmalıyıq.

Bəhreynlə müqayisədə burada yarış tempimiz güclüdür. Bəhreyndə hava şəraiti yaxşı deyildi. Bu dəfə daha güclü olacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*