M.Binotto Saynsın problemini açıqlayıb

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Karlos Saynsın Avstriyadakı problemi Şarl Leklerin Barselona bə Bakıda yaşadığı problemlə oxşardır.

F-1.az xatırladır ki, “qırmızılar” bu il etibarlılıq problemlərinə görə çox əziyyət çəkirlər. Bunlardan sonuncusu Avstriyada Karlos Saynsın başına gəlib. İspaniyalı sürücü ikinciliyə getdiyi yerdə motoru yanıb və mübarizəni dayandırmalı olub.

Mattia Binotto: “Belə görünür ki, Karlos Azərbaycandakına bənzər problem yaşadı. Maranelloda bunu həll etmək üçün əlimizdən gələni edirik. Bu problemlər növbəti yarışlar üçün bizi narahat edir. Lakin əminəm ki, komanda bunu həll edəcək. Motorumuz güclüdür, amma problemi həll etmək üçün vaxt lazımdır. Etibarlılıq üçün yeni komponentlərə ehtiyac var və bəzi şeylər test edilməlidir. Bunun üçün bir neçə həftə bəs eləmir. Qısa müddətdə vəziyyəti düzəltməyə çalışacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*