16 Noyabr 2019, Şənbə - 00:08

S.Fettel: “Hava kisəsi olmadığı üçün poul qazana bilmədim”

S.Fettel: “Hava kisəsi olmadığı üçün poul qazana bilmədim”

Müəllif: Rauf Hacıyev, redaktor

21:25 - 27 Aprel, 2019

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, önündə başqa bir bolid olmadığı üçün hava kisəsindən istifadə edə bilməyib.

 

F-1.az xatırladır ki, almaniyalı sürücü lider Bottasdan 0.3 saniyə geri qalaraq, 3-cü olub. Hava kisəsinsən istifadə edə bilməyən dördqat Dünya Çümpionu son sektorda finlandiyalı sürücüdən 0.252 saniyə geridə qalıb.

Sebastyan Fettel: “Yaxşı dövrə vursam da, fərqi bağlamağıma kömək edəcək hava kisəsi yox idi. Boliddən maksimumu aldığımçün xoşbəxtəm. Amma komandaya görə məyusam. Çünki həm mən, həm də Şarl daha yaxşı sessiya gözləyirdik. Hava kisəsi hesabına 0.5 saniyə qazana bilərdik. Tras getdikcə soyuyurdu. Bolidi sürmək çətinləşirdi. Təkərləri qızdırmaq üçün trasa çıxdığım dövrədə bolidi var qüvvəmlə sürdüm. İndi buna görə peşman olsam da, məncə, doğru seçim idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 176
Teqlər , , , , ,
Paylaş

logo