D.Rikkardo komandasına güvənmir?

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Barselonadakı yeniliklərin Mercedes və Ferrari ilə fərqi azaldacağına inanmır.

F-1.az xatırladır ki, Maks Ferstappen Rusiya yarışında qalibə 1 dəqiqə 10 saniyə uduzmuşdu.

Daniel Rikkardo: “Məncə, Ferrari və Mercedes-in resursu çoxdur və bu qədər geridən gəlib onlara çatmaq real görünmür. Barselonaya gətiriləcək yeniliklərə görə həyəcanlı deyiləm. Əvvəlcə onları trasda test etməliyik. Yoxsa ümidim yoxdur. Ümid edirəm ki, Renault mühərrikdə yaxşı yeniliklər edər və öndəki rəqiblərimizə çata bilərik. Son yarışlardan sonra bu mövsümdən heç bir gözləntim qalmayıb”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*