L.Həmilton: “Hisslərimi ifadə edə bilmirəm”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Mixael Şumaxerin rekordunu qırdığı üçün çox xoşbəxtdir.

F-1.az xatırladır ki, britaniyalı sürücü İtaliyada 69-cu poulunu qazanaraq, bu statistikada 1-ci yerə yüksəlib.

Lyuis Həmilton: “Hisslərimi tam olaraq ifadə edə bilmirəm. Onun kimi əfsanəvi sürücünü geridə qoyduğum üçün xoşbəxtəm. Yağışda sürmək çox çətin idi. Önümüzdə bolid olanda uzağı görmək mümkün olmurdu və bolidi asfaltda tutmağa çalışırdım. Yağış təkərlərində daha çox asfalatla ilişmə var idi. Beləliklə, birinciyəm. Əsl yarış sabahdır. Ümid edirəm ki, qalib gələrəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*