Gələn il Almaniya QP olmayacaq?

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, Almaniya QP gələn il Formula1 təqvimindən çıxarıla bilər.

F-1.az xatırladır ki, Almaniya 2015-ci ildə Formula1 yarışını keçirməkdən imtina etmişdi. Daha doğrusu, Hokkenhaym buna hazır olmadığını, Nürburqrinq isə maliyyə problemi üzündən milli mərhələni qəbul etməmişdilər.

Berni Ekklstoun: “Hələ dəqiq məlumat yoxdur. Belə görürəm ki, maliyyə problemləri var. Onlardan istədiyimiz məbləği ödəyə bilmirlər.

Digər Avropa ölkələrinə nisbətən daha az məbləğ ödəməkləri ədalətli deyil. Digər Avropa ölkələri ilə eyni məbləği istəyirik”.

Mercedes-in, Rosberqin, Fettelin uğurlarına və Niko Hülkenberqlə Paskal Verlyaynın çıxışlarına baxmayaraq, Almaniyada bu idmana marağın az olması qəribədir.

Berni Ekklstoun: “Bəlkə də Formula1 yarışını istəmirlər. Dünya Çempionlarına və güclü komandasına baxmayaraq, vəziyyətin belə olması qəribədir. Onlar nə istəyir – bilmirəm”.

Hokkenhaym trasının məsullarından biri isə bu fikirləri söyləyib: “Əgər Nürburqrinq istəməsə və Hokkenhaymrinq üçün maliyyə çətinliyi olmasa, yarşa ev sahibliyi etmək istəyərik”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*