K.Sayns: Gərgin gün idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, hələ güclənməlidirlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ciddədəki cümə sərbəst yürüşlərində 10-cu olub.

Karlos Sayns: “Gərgin gün oldu. Burada balans tapmaq üçün çox işləmək lazımdır. Özünəməxsusluğu ilə seçilən trasdır. Hələ güclənməliyik, amma bolid yaxşı vəziyyətdə görünür. Yarış tempimiz də yaxşıdır. Sıralanma turunda yaxşı yer tutmalıyıq”.

, , ,