G.Berger: “Fettel Ferrariyə keçməklə səhv etdi”

Sabiq Formula1 sürücüsü Gerhard Berger inanır ki, Sebastyan Fettel Ferrari-yə keçməklə böyük səhv edib.

F-1.az xatırladır ki, Fettel Red Bull ilə 2010-2013-cü illərdə 4 dəfə çempion olmuş və çətin keçən 2014-cü ildən sonra Ferrari-yə transfer olunmuşdu.

Almaniyalı sürücü hər dəfə uşaqlıqdan Ferrari-də yarışmaq istədiyini və idealının Mixael Şumaxer olduğunu deyir. 29 yaşlı sürücü Ferrari-dəki ilk mövsümündə 3 qələbə qazansa da, 2016-cı ili qələbəsiz başa vurub.

Gerhard Berger: “Mixaelin vəziyyəti Sebastyanla nisbətdə fərqli idi. Ferrari-yə keçərkən, çantasının içinə Benetton-dakı işçiləri yığmışdı. Sebastyan da Mixael kimi Ferrari-yə keçməli idi. Komandaya gələrkən özü ilə Red Bull-dan vacib işçiləri gətirməli idi. Amma elə olmadı”.

Berger düşünür ki, Fettel mövsümün sonunda Mercedes-ə keçə bilər: “Ferrari-nin bu il də güclü olacağına inanmıram. Fettel də belə olan halda qərar verməli olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*