G.Berger: Fettel bu il çempion kimi sürür

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Fettel əgər Racing Point-də yarışsaydı, hazırda ikinci idi.

F-1.az xatırladır ki, Ferrari-də son mövsümünü keçirən Fettel ilk üç yarışda cəmi 9 xal toplaya bilib. Lakin Berger düşünür ki, köhnə dostu yenidən zirvəyə qayıdıb: “Fettel müqaviləni yeniləməyən Ferrari-yə səhv hərəkət etdiklərini isbatlamaq istəyir. Ancaq mənəvi cəhətdən daha rahatdır.

Bu zəif maşınla da üzərində qələbə təzyiqi yoxdur. Macarıstanda əvvəlki Fetteli gördük. Leklerin heç fürsəti də olmadı.

Serxio Peres və Ləns Strolla qarşı pis firkim yoxdur. Ancaq Sebastyan ikinci əl Mercedes olan Racing Point-lə hazırda ikinci yerdə olardı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*