13 Dekabr 2018, Cümə axşamı - 19:34

Rusiya-2016: Sıralanma turu

Rusiya-2016: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:26 - 30 Aprel, 2016

Həm komandalar, həm də sürücülər ümid edirdilər ki, şənbə günü 3 məşq sessiyasından sonra Soçi trasının asfaltı kifayət qədər rezin qatı ilə örtüləcək – amma nahardan sonra da tras hələ sürüşkən qalıb.

F-1.az xəbər verir ki, Pirelli bu trasa da mövsümdə ardıcıl olaraq dördüncü dəfə Medium – Soft – SuperSоft üçlüyünü gətirdiyi üçün ciddi tənqid olunub – hamının fikrincə, UltraSoft məhz bu trasda debüt etməli idi. Medium tərkibi ilə heç kim işləməyib, hətta SuperSoft tərkibini optimal işçi temperatura çatdırmaq üçün sürücülər bir neçə dövrə vurmalı olublar. Havanın soyuq olması sürücülərin işini bir qədər də çətinləşdirib.

İlk sessiyada Peresdən başqa hamı trasa qırmızı (SuperSoft) təkərlərlə çıxıb, amma Serxio sadəcə bir dövrə vurduqdan sonra sarı təkərləri qırmızı ilə əvəzləyib. Həmilton protokollara başçılıq edib – 1:36.006.

Yarışın direktorluğundan stüardlara bildirilib ki, Həmilton ikinci döngədə şikananı kəsərək trasa FİA-nın göstərdiyi yerdən qayıtmayıb – bu insidenti stüardlar sıralanma turundan sonra araşdıracaqlar. Mübarizəni isə Renault, Sauber və Manor komandaları tam heyətlə dayandırıblar.

İkinci sessiyaya hamı SuperSoft-la başlayıb. Bu dəfə elə ilk cəhdindən  Rosberq protokollara başçılıq edib – 1:35.337, Həmilton komanda yoldaşına yarım saniyə uduzub, digərləri isə bir saniyədən çox geri qalıblar. Mübarizəni isə Haas və McLaren komandalarının sürücüləri ilə birlikdə Sayns və Hülkenberq dayandırıblar.

Fasilə zamanı məlum olub ki, Həmilton son sessiyada iştirak edə bilməyəcək – iki həftə əvvəl Çində olduğu kimi, bu dəfə də britaniyalı sürücünün maşınında MGU-H generatoru sıradan çıxıb.

Son sessiyada elə ilk cəhdində Rosberq poulun taleyini həll edib – 1:35.417, ikinci cəhdində bu nəticəni yaxşılaşdırmağa yaxın olsa da, 13-cü döngədə səhvə yol verib və boksa qayıdıb.

Rosberqə ən yaxın nəticəni 0.7 saniyə uduzaraq Fettel göstərib, amma ötürmələr qutusunun vaxtından əvvəl dəyişdirildiyi üçün 5 yer cəzası alan almaniyalı sürücü sabah yarışa 7-ci yerdən başlayacaq.

Niko Rosberq isə mövsümdə 2-ci, karyerasında isə 24-cü poulunu qazanıb. Sabah onunla birlikdə ilk cərgədən Bottas start alacaq. Rəykkönen və Massa isə ikinci cərgədən start almaqla liderliyə yüksəlməyə çalışacaqlar.

Bizi maraqlı start və yarış gözləyir!

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
16Niko RosberqMercedes AMG21:36.119711:35.33741:35.4175
25Sebastyan FettelFerrari31:36.555631:36.62331:36.1237
377Valtteri BottasWilliams51:37.746651:37.14041:36.5367
47Kimi RəykkönenFerrari41:36.976541:36.74141:36.6638
519Felipe MassaWilliams61:37.753561:37.23041:37.0167
63Daniel RikkardoRed Bull101:38.091691:37.56981:37.1258
711Serxio PeresForce İndia91:38.006871:37.28261:37.2126
826Daniil KvyatRed Bull121:38.2656101:37.60691:37.4597
933Maks FerstappenToro Rosso111:38.123781:37.51081:37.5835
1044Lyuis HəmiltonMercedes AMG11:36.006721:35.82060
1155Karlos SaynsToro Rosso71:37.7847111:37.6527
1222Censon BattonMcLaren131:38.3326121:37.7018
1327Niko HülkenberqForce İndia151:38.5629131:37.7718
1414Fernando AlonsoMcLaren81:37.9716141:37.8078
158Roman QrojanHaas141:38.3839151:38.0557
1621Esteban QutyerresHaas161:38.67810161:38.1158
1720Kevin MaqnussenRenault171:38.91410
1830Colion PalmerRenault181:39.0099
1912Felipe NasrSauber191:39.01810
2094Paskal VerlyaynManor201:39.39910
2188Rio HaryantoManor211:39.46310
229Markus ErikssonSauber221:39.51910

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 395
Teqlər , , , , ,
Paylaş

logo