14 Dekabr 2018, Cümə - 09:24

D.Rikkardo: “Keçən il bolidimizin zəif olması inkişafıma kömək etdi”

D.Rikkardo: “Keçən il bolidimizin zəif olması inkişafıma kömək etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

16:51 - 26 İyun, 2016

Daniel Rikkardo düşünür ki, Red Bull komandasının 2015-ci ildə göstərdiyi pis performans onun motivasiyasını və istedadını artırıb..

F-1.az xatırlafır ki, Rikkardo 2014-cü ildə Sebastyan Fetteli kölgədə qoysa da, keçən il Red Bull-un zəif performansına görə geridə qalmışdı. Ancaq Red Bull bu il yaxşı görünür və Rikkardo Monakoda mexaniklərin səhvinə görə qələbəni əldən vermişdi.

Jurnalistlər Rikkardodan “2015-ci ildəki çətin anlar sizin inkişaf etməyinizə kömək etdimi?” soruşublar: “Əlbəttə! Bu idmanda hər il daha da inkişaf edirəm və daha çox inkişaf etmək istəyirəm. Bu aclıq mənim üçün yaxşıdır. Bəzən işlər yaxşı getmədiyi üçün məyus oluram, amma bu yarışdakı performansıma təsir etmir”.

Rikkardo əlavə edib ki, Ferstappen komandanın inkişafına kömək edir: “Maks ilə komanda yoldaşı olmaq mükəmməldir. Bir-birimizlə rəqabət aparırıq və komanda bunu gördükcə, sürücü heyətinə görə daha çox həyəcan keçirdir. Bir-birimizlə rəqabət edirik və bu, komandaya yaxşı təsir edir. Doğru yöndə addımlayırıq. Əgər 2017-ci ildə bolidimiz çempionluq mübarizəsi verməyə kömək etsə, onda sonrakı mərhələyə keçə bilərik. Ümid edirəm ki, elə olar. Şassinin olduqca yaxşı işlədiyini hiss edirəm və bu yaxşı haldır. Artıq özümü rahat hiss edirəm və bunu Monakoda göstərdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 213
Teqlər , , ,
Paylaş

logo