Alonso: Maksa 9.9 verərdim, çünki 10 yalnız mənəm

Viaplay kanalının jurnalistləri Fernando Alonsodan soruşublar: məğlub etmək baxımından kim daha çətin rəqib idi - Mixael Şumaxer, yoxsa Maks Ferstappen. İspaniyalı Red Bull sürücüsünün adını çəkib, amma ona ən yüksək qiyməti verməyib.

Fernando Alonso: “Onballıq şkala ilə qiymətləndirsəm, Maksa 9.9 verərəm. Çünki 10 yalnız məndədir! Əminəm ki, onun da bir neçə zəif tərəfi var. Hamımızın var. Amma bu, həqiqətən də çox yüksək qiymətdir.

Maks trasda indiyə qədər qarşılaşdığım ən güclü rəqibdir, xüsusən də ona görə ki, onun əslində görünən heç bir zəif tərəfi yoxdur. O, 9.9-dur. Biz sadəcə həmin son 0.1-i tapmalıyıq. Əminəm ki, onun zəif yeri var.

İlk illərində Ferstappendə emosiyalar həddindən artıq çox idi, buna görə də tez-tez səhvlərə yol verirdi, amma ikinci və ya üçüncü ildən sonra: nə səhv, nə də uğursuzluq oldu, yalnız yaxşı nəticələr gəldi. O, müstəsna idi, düşünürəm ki, hamımız üçün səviyyəni daha da yüksəltdi. trasda Maksa qalib gəlmək istəyirsənsə, sadəcə daha yaxşı olmalısan”.

,